“Sumqayıt” Vüqar Bəybalayevi yenidən heyətinə qatdı

“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. Arena.az xəbər verir ki, sözügedən klub son olaraq Gürcüstanın “Telavi” komandasında çıxış etmiş Vüqar Bəybalayevi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi yeni komandasında “15” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2017/18 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev qeyd olunan mövsümdə ümumilikdə 24 oyunda iştirak edib. Vüqar son klubu “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail” klublarının uğurları üçün çalışıb.