“Sumqayıt” Vurğun Hüseynov ilə müqaviləni yenilədi

Sumqayıt” klubu kapitanı Vurğun Hüseynov ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay başa çatırdı.

Xatırladaq ki, Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. O, 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edib. Təcrübəli müdafiəçi bu komandanın heyətində ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurmağa da müvəffəq olub.