“Sumqayıt” klubun öz akademiyasının yetirməsi olan 2004-cü il təvəllüdlü Sənan Ağayevlə peşəkar müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, 16 yaşlı futbolçu ilə imzalanan anlaşmanın müddəti 3 illikdir.
Qeyd edək ki, “Sumqayıt” Sənandan öncə akademiyanın daha 5 futbolçusu ilə sə peşəkar müqavilə imzalamışdı. Söhbət Sərvin İsmayılov, Rüstəm Hümbətov, Tural Axverdiyev, Nihad Ağayev və Dünyamalı Sevdimalıyevdən gedir.