“Sumqayıt”ın “Fehervar”la matçlarının başlama saatı bəlli oldu

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Macarıstan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.

Cavab görüşü isə iyulun 31-də Sekeşfehervar şəhərində baş tutacaq. Sözügedən qarşılaşmaya isə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.