Super Kubok: “Real” “Barselona”ya qalib gələrək finala yüksəldi

Futbol üzrə İspaniya Super Kubokuna start verilib. Arena.az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən Super Kubokun ilk yarımfinal oyununda “Real” və “Barselona” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan “el-klasiko” məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran “Real” finala yüksəlib.

Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək “Atletiko” – “Atletik” duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.

İspaniya Super Kuboku
Yarımfinal
12 yanvar

Barselona – Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 – Vinisius, 25. Benzema, 72. Valverde, 98.

13 yanvar

23:00. Atletiko – Atletik