Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Alanyaspor” doğma meydanda “Ümraniyəspor”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda yeganə qol sayəsində 3 xala sahib çıxıblar.
32-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Super Liqası
32-ci tur
28 aprel
Alanyaspor – Ümraniyəspor 1:0
Qol: Koka, 4.
29 aprel
17:00. Fatih Karagümrük – Antalyaspor
17:00. Konyaspor – Trabzonspor
20:00. Ankaragücü – Kasımpaşa
20:00. Sivasspor – Fənərbaxça
30 aprel
20:00. Beşiktaş – Qalatasary
1 may
21:00. İstanbulspor – Girəsunspor


