Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Antalyaspor” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda Antalya klubu çətin qələbəyə sevinib.
Beləliklə, 5 turdan sonra 13 xala malik “Fənərbaxça” vahid liderdir. 4 oyuna maksimum xal (12) toplamış son çempion “Qalatasaray” ikincidir. “Başakşəhər” və “Beşiktaş”ın isə 10 xalı var. “Eyüpspor” 9, “Konyaspor”, “Antalyaspor” və “Sivasspor” 7, “Göztəpə” və “Samsunspor” 6, “Kasımpaşa” 5 xal toplayıblar.
Türkiyə, Super Liqa
5-ci tur
14 sentyabr
Samsunspor – Konyaspor 0:1
Qol: Pedrinyo, 30.
Sivasspor – Qaziantep 3:2
Qollar: Manay, 37. Balde, 69. Paluli, 83 – Maksim, 8-pen. Kodro, 88.
Bodrumspor – Başakşəhər 0:1
Qol: Duarte, 90+1.
Qalatasaray – Rizəspor 5:0
Qollar: D.Sançes, 3. A.Bardakçı, 25. Q.Sara, 49. Mertens, 61. B.A.Yılmaz, 80.
15 sentyabr
Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Sent-Maksimin, 22. Tadiç, 39-pen.
Kayserispor – Eyüpspor 2:2
Qollar: A.Kocaman, 64. Nazon, 69 – Tiam, 21. Says, 36.
Alanyaspor – Hatayspor 0:0
Trabzonspor – Beşiktaş 1:1
Qollar: O.Yokuşlu, 17 – J.Fernandes, 39.
16 sentyabr
Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: S.Larsson, 50. Samudio, 90+8 – S.Kavrazlı, 84.