Super Liqa: “Başakşəhər” xal itirdi, “Adana Dəmirspor” qalib gəldi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Başakşəhər” – “Ümraniyəspor” və “Ankaragücü” – “Antalyaspor” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı “Fatih Karagümrük” – “Adana Dəmirspor” matçında isə qonaqlar çətin qələbəyə seviniblər.

34-cü tura sabah keçiriləcək “Fənərbaxça” – “Trabzonspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
34-cü tur
16 may

Sivasspor – Kasımpaşa 1:2
Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2
Qol: İkardi, 45+11-pen; 89.

17 may

Başakşəhər – Ümraniyəspor 1:1
Qol: Aleksiç, 4 – U.Nayir, 60-pen.

Ankaragücü – Antalyaspor 1:1
Qol: Milson, 90+3 – G.Vural, 68.

Fatih Karagümrük – Adana Dəmirspor 2:3
Qol: E.Özbir, 44-öz qapısına. Diaqne, 80 – Ndiaye, 51. Onyekuru, 76. Dreseviç, 84-öz qapısına.

18 may

21:00. Fənərbaxça – Trabzonspor