Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Başakşəhər” “Kocaelispor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda baş tutmuş bu oyundan son dəqiqələrdə penaltidən vurduğu yeganə qol sayəsində qalib ayrılıb.
11-ci turun qalan görüşləri noyabrın 1-də, 2-də və 3-də keçiriləcək.
31 oktyabr
Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.
1 noyabr
18:00. Göztəpə – Gənclərbirliyi
21:00. Qalatasaray – Trabzonspor
2 noyabr
15:30. Konyaspor – Samsunspor
18:00. Kayserispor – Kasımpaşa
21:00. Beşiktaş – Fənərbağça
3 noyabr
21:00. Alanyaspor – Qaziantep
21:00. Eyüpspor – Antalyaspor
21:00. Rizəspor – Karagümrük



