Super Liqa: “Beşiktaş” 2-ci məğlubiyyətinə üzüldü

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Beşiktaş” İstanbulda “Başakşəhər”in qonağı olub. Beş qolun qeydə alındığı İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu, “Başakşəhər”in yeni baş məşqçisi Əmrə Belözoğlunun rəhbərliyi altındakı ilk oyun idi. Qələbə sayəsində xalını 9-a çatdıran sözügedən kollektiv 14-cü pillədə qərarlaşıb. “Beşiktaş” isə 17 xalla 3-cüdür.

Türkiyə Super Liqası
9-cu tur
15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2
Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

14:30. Girəsunspor – Rizəspor
17:00. Sivasspor – Antalyaspor
20:00. Adana Dəmirspor – Yeni Malatyaspor

17 oktyabr

14:30. Kasımpaşa – Göztəpə
17:00. Qalatasaray – Konyaspor
17:00. Altay – Fatih Karagümrük
20:00. Trabzonspor – Fənərbaxça

18 oktyabr

21:00. Alanyaspor – Kayserispor
21:00. Hatayspor – Qaziantep