Super Liqa: “Beşiktaş” 2, “Trabzonspor” 4 qolla qalib gəldi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. Üç qolun vurulduğu “Qaziantep” – “Sivasspor” oyunu isə qonaqların qələbəsiylə yekunlaşıb. Səfərdə “Kayserispor”la qarşılaşan “Beşiktaş” turu inamlı qələbə ilə başa vurub. Son çempion “Trabzonspor” isə “İstanbulspor” üzərində darmadağına sevinib.

Turu sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
20-ci tur
20 yanvar

Adana Dəmirspor – Girəsunspor 1:1
Qol: Ndiaye, 84 – Bayiç, 13-pen.

21 yanvar

Kasımpaşa – Başakşəhər 1:3
Qol: Y.Özcan, 16 – Aleksiç, 48. D.Türüc, 90+9. P.Şiş, 90+11.

Qalatasaray – Antalyaspor 2:1
Qol: İkardi, 49. Floranus, 59-öz qapısına – L.Adriano, 54.

22 yanvar

Qaziantep – Sivasspor 1:2
Qol: Eskihellac, 60 – Yatabare, 17. C.Osmanpaşa, 48.

Alanyaspor – Fatih Karagümrük 2:2
Qol: U.Günəş, 6. Kavalyero, 83 – Borini, 59; 79.

Kayserispor – Beşiktaş 0:2
Qol: Redmond, 2. S.Uçan, 42.

Trabzonspor – İstanbulspor 4:0
Qol: Y.Yazıcı, 33. Bartra, 48. Bakasetas, 51. Trezeqe, 64.

23 yanvar

21:00. Konyaspor – Ankaragücü
21:00. Ümraniyəspor – Fənərbaxça