Super Liqa: “Beşiktaş” 2, “Trabzonspor” tək qolla qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd görüş baş tutub.

“Fatih Karagümrük” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib.

“Sivasspor” “Pendikspor”la ev oyununda darmadağına sevinib. “Trabzonspor” isə “Adana Dəmirspor”la ev oyununda minimal hesabla qalib gəlib. Bu oyunda qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub.

Səfərdə “İstanbulspor”la qarşılaşan “Beşiktaş” isə turu inamlı qələbə ilə başa vurub.

27-ci tura sabah baş tutacaq “Qalatasaray” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
27-ci tur
23 fevral

Samsunspor – Rizəspor 3:0
Qollar: Van Drongelen, 12. Holse, 54. Ntçam, 78-pen.

24 fevral

Kayserispor – Ankaragücü 3:2
Qollar: Nazon, 53. Janvye, 62. Mane, 90+3 – Bassoqoq, 45. E.Bekiroğlu, 45+4.

Qaziantep – Başakşəhər 0:2
Qollar: Pyontek, 60. Abeid, 90+8.

Fənərbaxça – Kasımpaşa 2:1
Qollar: M.H.Yandaş, 64. Batşuayi, 90+6 – Poroso, 58.

Konyaspor – Hatayspor 2:0
Qollar: U.Yazğılı, 52. O.Ülgün, 56.

25 fevral

Sivasspor – Pendikspor 4:1
Qollar: Meniq, 26. C.Osmanpaşa, 59. Manay, 69. Koita, 90+5 – G.Kaya, 16.

Fatih Karagümrük – Alanyaspor 1:1
Qollar: Eysserik, 24 – Koka, 90+5-pen.

Trabzonspor – Adana Dəmirspor 1:0
Qol: Trezeqe, 21.

İstanbulspor – Beşiktaş 0:2
Qollar: S.Kılıçsoy, 23. Muçi, 54.

26 fevral

21:00. Qalatasaray – Antalyaspor