Super Liqa: “Beşiktaş” Ankaradan çətin qələbə ilə döndü

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

“Hatayspor” – “Adana Dəmirspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblr. “Antalyaspor” isə doğma meydanda “Kasımpaşa”ya 2 cavabsız qolla uduzub.

Beş qolun qeydə alındığı “Ankaragücü” – “Beşiktaş” matçı da İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Tura sentyabrın 5-də keçiriləcək “Qalatasaray” – “Qaziantep” matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
5-ci tur
2 sentyabr

Ümraniyəspor – Trabzonspor 0:1
Qol: Trezeqe, 60.

3 sentyabr

Sivasspor – Fatih Karagümrük 0:0

Başakşəhər – Alanyaspor 2:0
Qol: S.Gürler, 23. Keni, 85.

Fənərbaxça – Kayserispor 2:0
Qol: J.Pedro, 37. Kinq, 50.

Girəsunspor – Konyaspor 0:1
Qol: M.Dəmir, 51.

4 sentyabr

Hatayspor – Adana Dəmirspor 1:1
Qol: O.Ergün, 21 – T.Sanuc, 90+9.

Ankaragücü – Beşiktaş 2:3
Qol: Beridze, 26; 47 – Muleka, 30. D.Alli, 35. Nkudu, 74-pen.

Antalyaspor – Kasımpaşa 0:2
Qol: Haderqyonay, 45+6-pen. C.Sertel, 61-öz qapısına.

5 sentyabr

22:00. Qalatasaray – Qaziantep