Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
“Ankaragücü” doğma meydanda “Alanyaspor”u iki cavabsız qolla məğlub edib. Son çempion “Trabzonspor” “Adana Dəmirspor”la ev oyununda darmadağına imza atıb. Səfərdə “Başakşəhər”lə üz-üzə gələn “Beşiktaş” isə İstanbul derbisində inamlı qələbəyə sevinib.
25-ci tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
Türkiyə Super Liqası
25-ci tur
10 mart
Girəsunspor – Fatih Karagümrük 2:2
Qol: Bayiç, 20. Saynts, 39 – L.Mercan, 45. Borini, 57-pen.
11 mart
Antalyaspor – Kayserispor 4:0
Qol: Rayt, 33; 68. Fredi, 52. B.Yıldırım, 90+7.
Qalatasaray – Kasımpaşa 1:0
Qol: Zaniolo, 57.
12 mart
Ankaragücü – Alanyaspor 2:0
Qol: Sou, 18. Milson, 76.
Trabzonspor – Adana Dəmirspor 4:1
Qol: Y.Yazıcı, 8. V.Hüqo, 78. Vişça, 81. U.Bozok, 90+4 – Ndiaye, 45+1.
Başakşəhər – Beşiktaş 0:2
Qol: Abubakar, 14. Masuaku, 55.
13 mart
21:00. İstanbulspor – Sivasspor


