Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
“Sivasspor” – “Trabzonspor” matçında qapılara qol vurulmayıb. “Alanyaspor” – “Eyüpspor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Samsunspor”la qarşılaşan “Beşiktaş” isə ilk turda inamlı qələbəyə sevinib.
1-ci turun qalan görüşləri avqustun 12-də keçiriləcək.
Yeni mövsümün ilk turunda “Kayserispor” istirahət edir.
Türkiyə, Super Liqa
1-ci tur
9 avqust
Qalatasaray – Hatayspor 2:1
Qollar: İkardi, 80-pen. Batşuayi, 90 – J.Fernandes, 52.
10 avqust
Kasımpaşa – Konyaspor 2:3
Qollar: Da Kosta, 48. Vink, 74 – Pedrinyo, 7. Aleksiç, 81. U.Nayir, 89.
Antalyaspor – Göztəpə 0:0
Fənərbaxça – Adana Dəmirspor 1:0
Qol: Dzeko, 34.
11 avqust
Sivasspor – Trabzonspor 0:0
Alanyaspor – Eyüpspor 1:1
Qollar: Kordova, 76 – Says, 64.
Samsunspor – Beşiktaş 0:2
Qollar: Rafa Silva, 31. Qabriel Paulista, 36.
12 avqust
22:00. Bodrumspor – Qaziantep
22:00. Rizəspor – Başakşəhər