Super Liqa: “Beşiktaş” darmadağınla zirvəyə şərik oldu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha iki matç baş tutub.

“Başakşəhər” doğma meydanda “Kayserispor”la qarşılaşıb. Rəqibini 2 cavabsız qolla məğlub edən İstanbul təmsilçisi, 7 xalla zirvəyə yüksəlib.

“Beşiktaş” isə “Fatih Karagümrük”ü qəbul edib. Beş qolun qeydə alındığı matç “qara qartallar”ın qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində “Beşiktaş” da zirvəyə şərik çıxıb.

Türkiyə Super Liqası
3-cü tur

19 avqust

Ümraniyəspor – Qalatasaray 0:1
Qol: Qomis, 86.

20 avqust

Hatayspor – Qaziantep 1:2
Qollar: El Kaabi, 31 – Fiqeyredo, 7. Yevtoviç, 49.

Girəsunspor – Kasımpaşa 1:0
Qol: Bayiç, 90.

Antalyaspor – Trabzonspor 5:2
Qollar: Fernando, 14. Rayt, 40-pen; 90+8. G.Bayrakdar, 81; 90+6 – Bardi, 45+5; 73.

21 avqust

Başakşəhər – Kayserispor 2:0
Qol: Şadli, 22. B.Özcan, 50.

Beşiktaş – Fatih Karagümrük 4:1
Qol: Veqorst, 17. Nkudu, 34. Muleka, 50. Rozye, 90 – Diaqne, 53.

22 avqust

20:15. İstanbulspor – Konyaspor
20:15. Sivasspor – Alanyaspor
22:45. Fənərbaxça – Adana Dəmirspor