Super Liqa: “Beşiktaş” derbidə, “Trabzonspor” Adanada uduzdu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Beşiktaş” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. İstanbul derbisində qonaqlar minimal hesabla qalib gəliblər.

Son çempion “Trabzonspor” isə səfərdə “Adana Dəmirspor”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyunda isə meydan sahibləri sevinən tərəf olub.

Beləliklə, 6 turdan sonra 14 xala malik “Konyaspor” vahid liderdir. “Başakşəhər”, “Beşiktaş”, “Adana Dəmirspor” və “Qalatasaray”ın isə 13 xalı var. “Fənərbaxça” ilə “Trabzonspor” 10 xal toplaya biliblər.

Türkiyə Super Liqası
6-cı tur
9 sentyabr

Alanyaspor – Ankaragücü 2:1
Qol: Koka, 65. E.Bəkiroğlu, 87 – Y.Gureler, 69.

10 sentyabr

Konyaspor – Hatayspor 1:0
Qol: B.Paz, 66.

Fatih Karagümrük – Girəsunspor 1:1
Qol: Diaqne, 90+2 – Bayiç, 75.

11 sentyabr

Sivasspor – İstanbulspor 1:1
Qol: Ulvestad, 80 – Ethemi, 64.

Qaziantep – Ümraniyəspor 1:1
Qol: Maksim, 59-pen – Mrşiç, 90.

Kasımpaşa – Qalatasaray 2:3
Qol: Bahoken, 16. S.Çiftpınar, 90 – B.Qomis, 20. K.Aktürkoğlu, 50; 69.

Kayserispor – Antalyaspor 1:0
Qol: Tiam, 54.

12 sentyabr

Beşiktaş – Başakşəhər 0:1
Qol: B.Traore, 71.

Adana Dəmirspor – Trabzonspor 3:2
Qol: K.Rodriqes, 10. B.Ndiaye, 55. S.Akaydın, 90+4 – Bakasetas, 36. U.Bozok, 84.