Super Liqa: “Beşiktaş” “Fənərbaxça”nı xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Konyaspor” – “Antalyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Göztəpə” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Dörd qolun vurulduğu matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Günün ən çox maraq doğuran oyunu “Beşiktaş”la “Fənərbaxça” arasında baş tutub. İstanbul derbisi “qara qartallar”ın qələbəsiylə yekunlaşıb.

15-ci turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

Türkiyə, Super Liqa
15-ci tur
6 dekabr

Trabzonspor – Kasımpaşa 2:2
Qollar: Banza, 79. Nvakaeme, 82 – Kafu, 38. Da Kosta, 90+1.

7 dekabr

Konyaspor – Antalyaspor 1:1
Qollar: A.Demirbağ, 16 – Larsson, 90+1-pen.

Göztəpə – Adana Dəmirspor 3:1
Qollar: J.Santos, 39. Romulo, 42. Tiyaniç, 60 – Aymbetov, 87.

Beşiktaş – Fənərbaxça 1:0
Qol: Oksleyd-Çemberleyn, 73.

8 dekabr

14:30. Eyüpsor – Samsunspor
17:00. Kayserispor – Alanyaspor
17:00. Sivasspor – Qalatasaray
20:00. Başakşəhər – Hatayspor

9 dekabr

21:00. Qaziantep – Rizəspor

Xəbəri sosial şəbəkələrdə paylaş: