Bu gün futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Trabzonspor” doğma meydanda “Hatayspor”a 2 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 74-cü dəqiqədən etibarən mübarizəyə qoşulub.
“Samsunspor” da “Antalyaspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Kayserispor” – “Beşiktaş” matçında isə qolsuz heç-heçə qeydə alınıb.
Beləliklə, 25 turdan sonra 66 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Trabzonspor” 40 xalla üçüncü, eyni xala malik “Beşiktaş” isə dördüncü pillədə qərarlaşıb.
“Kasımpaşa” 38, “Rizəspor” 36, “Antalyaspor” 34, “Başakşəhər” və “Sivasspor” 33, “Adana Dəmirspor” 31, “Ankaragücü”, “Kayserispor” və “Samsunspor” 29, “Hatayspor” və “Alanyaspor” 28 xal toplayıblar.
Türkiyə, Super Liqa
25-ci tur
9 fevral
Adana Dəmirspor – Kasımpaşa 1:3
Qollar: Balotelli, 87 – Fall, 29. A.Kara, 32. Hayradinoviç, 57-pen.
10 fevral
Fatih Karagümrük – Pendikspor 2:0
Qollar: E.Mor, 31. G.Yalçın, 76.
Qalatasaray – Başakşəhər 2:0
Qollar: B.A.Yılmaz, 25. D.Mertens, 31.
11 fevral
Sivasspor – Rizəspor 1:0
Qol: Manay, 30.
İstanbulspor – Qaziantep 1:3
Qollar: Loşay, 6 – Draquş, 15; 60-pen. Soresku, 90+5.
Konyaspor – Ankaragücü 1:0
Qol: Prip, 38.
Fənərbaxça – Alanyaspor 2:2
Qollar: Tadiç, 49-pen. Dzeko, 59 – Auqusto, 12; 63.
12 fevral
Trabzonspor – Hatayspor 2:0
Qollar: Trezeqe, 49. Bardi, 77.
Kayserispor – Beşiktaş 0:0
Samsunspor – Antalyaspor 2:0
Qollar: Marius, 59. Muya, 90+1.


