Super Liqa: “Beşiktaş” nəhayət ki, qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Adana Dəmirspor” “Girəsunspor”u məğlub yola salıb. “Yeni Malatyaspor” isə evdə “Alanyaspor”a böyük hesabla uduzub.

Baş məşqçi Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” bu turda “Kayserispor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyunda uzun fasilədən sonra qələbə sevinci yaşayıblar.

“Fənərbaxça” bu turda “Qaziantep”, “Qalatasaray” isə “Sivasspor” səfərinə yollanacaq.

Türkiyə Super Liqası
16-cı tur
10 dekabr

Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.

11 dekabr

Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.

Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.

Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.

Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.

12 dekabr

Adana Dəmirspor – Girəsunspor 1:0
Qol: Stambuli, 90+3.

Yeni Malatyaspor – Alanyaspor 2:6
Qol: Abid, 4. Tette, 17 – Dyedyu, 14; 56. Davidson, 23. E.Akbaba, 33. Novais, 52. Babakar, 90.

Beşiktaş – Kayserispor 4:2
Qol: Larin, 45. Batşuayi, 84; 89. G.Yalçın, 90+6 – Tiam, 38; 71.

13 dekabr

19:00. Sivasspor – Qalatasaray
21:30. Qaziantep – Fənərbaxça

Xəbəri sosial şəbəkələrdə paylaş: