Super Liqa: “Beşiktaş” yenə məğlub oldu

Futbol üzrə Türkiyə Super Liqasında 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Hatayspor” doğma meydanda “Antalyaspor”u qəbul edib və qalib gəlib.

Son turlarda uğurlu çıxış edən “Başakşəhər”in bu turdakı rəqibi “Sivasspor” olib. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb.

İstanbulun digər təmsilçisi “Beşiktaş” isə “Alanyaspor”la səfər oyunundan məğlub ayrılıb. “Giresunspor” da “Yeni Malatyaspor”u məğlub yola salıb.

Türkiyə Super Liqası
13-cü tur
20 noyabr

Hatayspor – Antalyaspor 3:1
Qol: El Kaabi, 45+1. Ribeyro, 69. Diuf, 85-pen – Mukayru, 45+3.

Girəsunspor – Yeni Malatyaspor 1:0
Qol: Diabate, 70.

Başakşəhər – Sivasspor 2:1
Qol: Qulbrandsen, 17. M.Tekdemir, 24 – P.Enrike, 59.

Alanyaspor – Beşiktaş 2:0
Qol: Babakar, 14. Dyedyu, 90+4.

21 noyabr

14:30. Kasımpaşa – Fatih Karagümrük
17:00. Konyaspor – Rizəspor
17:00. Altay – Adana Dəmirspor
20:00. Qalatasaray – Fənərbaxça

22 noyabr

21:00. Trabzonspor – Qaziantep
21:00. Kayserispor – Göztəpə