Super Liqa: “Beşiktaş”dan Adanada 4 qollu əzmkar qələbə

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 35-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Antalyaspor” – “Başakşəhər” matçında qapılara qol vurulmayıb. Üç qolun vurulduğu “Ümraniyəspor” – “Ankaragücü” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. Səfərdə “Adana Dəmirspor”la qarşılaşan “Beşiktaş” isə əzmkar qələbəyə sevinib. İstanbul təmsilçisi Adanadakı görüşdə məğlub duruma düşməsinə baxmayaraq, ardıcıl 4 qol vurmaqla darmadağına imza atıb.

35-ci tura sabah keçiriləcək “Trabzonspor” – “Fatih Karagümrük” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
35-ci tur
20 may

Kasımpaşa – İstanbulspor 1:0
Qol: Y.Özcan, 58.

Qalatasaray – Sivasspor 2:0
Qol: İkardi, 13; 63.

Kayserispor – Alanyaspor 0:4
Qol: E.Yardımcı, 9; 16. Kuluris, 65. Balkoveç, 90+3.

21 may

Ümraniyəspor – Ankaragücü 1:2
Qol: U.Nayir, 26 – Malkuit, 18. Milson, 71.

Adana Dəmirspor – Beşiktaş 1:4
Qol: Belhanda, 19 – V.Abubakar, 45+4; 90+5-pen. J.Fernandes, 46. C.Tosun, 72-pen.

Antalyaspor – Başakşəhər 0:0

22 may

21:00. Trabzonspor – Fatih Karagümrük