Super Liqa: “Beşiktaş”dan Antalyada əzmkar qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Beşiktaş” səfərdə “Antalyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

“Adana Dəmirspor” isə doğma meydanda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı bu matçda isə meydan sahibləri qələbəyə seviniblər.

33-cü turun qalan görüşləri 7 və 8 mayda keçiriləcək.

Türkiyə, Super Liqa
33-cü tur
6 may

Antalyaspor – Beşiktaş 1:3
Qol: O.Toprak, 32 – Abubakar, 54; 89. C.Touns, 84.

Adana Dəmirspor – Alanyaspor 4:2
Qol: Ndiaye, 18. Belhanda, 45+5; 66. Y.Sarı, 57 – Kuluris, 11. E.Karaca, 45+1.

7 may

14:30. Ümraniyəspor – Sivasspor
17:00. Konyaspor – Kayserispor
20:00. Girəsunspor – Fənərbaxça

8 may

21:00. Qalatasaray – Başakşəhər
21:00. Trabzonspor – Ankaragücü

Xəbəri sosial şəbəkələrdə paylaş: