Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Eyüpspor” – “Trabzonspor” matçında qapılara qol vurulmayıb. “Başakşəhər” doğma meydanda “Antalyaspor”a 0:2 hesabıyla uduzduğu oyunu çevirməyi və 5:2 hesablı qələbəyə sevinməyi bacarıb.
“Beşiktaş” da “Sivasspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Hatayspor” isə evdə “Samsunspor”a 3 cavabsız qolla uduzub.
Beləliklə, 4 turdan sonra 10 xala malik “Fənərbaxça” vahid liderdir. “Qalatasaray”la “Beşiktaş” 3 oyuna maksimum nəticə – 9 xalla 2-3-cü yerləri bölüşürlər. “Eyüpspor” 8, “Başakşəhər” 7, “Göztəpə” və “Samsunspor” isə 6 xal toplayıblar.
Türkiyə, Super Liqa
4-cü tur
30 avqust
Fənərbaxça – Alanyaspor 3:0
Qollar: Tadiç, 43; 65. Dzeko, 67.
31 avqust
Konyaspor – Kayserispor 0:0
Rizəspor – Kasımpaşa 0:1
Qol: Ben Uanes, 6.
Adana Dəmirspor – Qalatasaray 1:5
Qollar: Qravilyon, 79-pen – K.Aktürkoğlu, 9. S.Güler, 18-öz qapısına. B.A.Yılmaz, 31. Mertens, 37. A.Bardakcı, 60.
Göztəpə – Bodrumspor 2:0
Qollar: Romulo, 16. Djalma, 41.
1 sentyabr
Başakşəhər – Antalyaspor 5:2
Qollar: Fiqeyredo, 43. D.Türüc, 62. Pyontek, 64; 72; 81 – Larsson, 2; 41.
Eyüpspor – Trabzonspor 0:0
Beşiktaş – Sivasspor 2:0
Qollar: İmmobile, 27-pen. J.Fernandes, 89.
Hatayspor – Samsunspor 0:3
Qollar: Muxa, 37. Marius, 51. Ntçam, 75.