Super Liqa: “Beşiktaş”dan “Trabzonspor” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Bodrumspor”a məğlub olub. Üç qolun qeydə alındığı “Qaziantep” – “Sivasspor” və “Beşiktaş” – “Trabzonspor” görüşlərində isə meydan sahibləri qələbə qazanıblar.

24-cü turun qalan qarşılaşmaları fevralın 16-da və 17-də keçiriləcək.

Türkiyə, Super Liqa
24-cü tur
14 fevral

Adana Dəmirspor – Antalyaspor 1:1
Qollar: Aliui, 28-pen – Larsson, 45.

15 fevral

Qaziantep – Sivasspor 2:1
Qollar: Kozlovski, 33. A.Kızıldağ, 90+1 – Manay, 26-pen.

Başakşəhər – Bodrumspor 0:1
Qol: Puşkaş, 83-pen.

Beşiktaş – Trabzonspor 2:1
Qollar: R.Silva, 53. Bataqov, 65-öz qapısına – Banza, 17.

16 fevral

14:30. Hatayspor – Alanyaspor
17:00. Eyüpspor – Kayserispor
17:00. Konyaspor – Samsunspor
20:00. Fənərbaxça – Kasımpaşa

17 fevral

21:00. Rizəspor – Qalatasaray