Super Liqa: Çempion “Qalatasaray”a səfərdə məğlub oldu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “İstanbulspor” – “Alanyaspor” matçında meydan sahibləri qələbə qazanıblar. “Hatayspor” “Kasımpaşa”nı minimal hesabla məğlub yola salıb.

Turun mərkəzi matçında isə lider “Qalatasaray” son çempion “Trabzonspor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Turun qalan görüşləri sabah keçiriləcək.

Türkiyə Super Liqası
23cü tur
4 fevral

Ankaragücü – Fatih Karagümrük 0:2
Qol: Diaqne, 45+1. Borini, 65.

Sivasspor – Beşiktaş 1:0
Qol: Says, 23.

Antalyaspor – Qaziantep 1:0
Qol: Fredi, 29.

5 fevral

İstanbulspor – Alanyaspor 2:1
Qol: Ethemi, 67. E.Gültəkin, 77 – Kavalyero, 71.

Hatayspor – Kasımpaşa 1:0
Qol: Atsu, 90+7.

Qalatasaray – Trabzonspor 2:1
Qol: Mertens, 18. İkardi, 53-pen – M.Qomes, 1.

6 fevral

18:00. Ümraniyəspor – Adana Dəmirspor
21:00. Fənərbaxça – Konyaspor
21:00. Girəsunspor – Kayserispor