Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Son çempion “Trabzonspor” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Mövsümün ilk oyunundan da qalib ayrılmış Trabzon təmsilçisi, bu görüşdə 3 xalı tək qolla qazanıb.
Super Liqada 2-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
Türkiyə Super Liqası
2-ci tur
12 avqust
Trabzonspor – Hatayspor 1:0
Qol: A.Ömür, 71.