Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Başakşəhər” – “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. “Rizəspor” da “Eyüpspor”u məğlub yola salıb.
Lider “Qalatasaray”ın əsas izləyicisi “Fənərbağça” isə bu turda evdə “Kayserispor”la üz-üzə gəlib. Altı qolluq bu görüşdə İstanbul nəhəngi son dəqiqələrdə qələbəni əldən verib.
32-ci tura aprelin 21-də keçiriləcək “Alanyaspor” – “Samsunspor” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
32-ci tur
18 aprel
Qalatasaray – Bodrumspor 2:0
Qollar: L.Torreyra, 29. D.Sançes, 81.
Hatayspor – Konyaspor 2:3
Qollar: B.Butobba, 8. A.Parmak, 32 – M.Yevtoviç, 10. L.Prip, 70. O.Ulğun, 90.
19 aprel
Kasımpaşa – Sivasspor 3:1
Qollar: C.Keleş, 6. M.Fall, 34. A.Kara, 90+9-pen – F.Koita, 84.
Adana Dəmirspor – Trabzonspor 0:1
Qol: S.Banza, 45.
Göztəpə – Beşiktaş 1:1
Qollar: İ.Köybaşı, 46 – Rafa Silva, 10.
20 aprel
Başakşəhər – Qaziantep 2:1
Qollar: Pyontek, 42-pen. Brniç, 45+4 – Okereke, 9.
Rizəspor – Eyüpspor 1:0
Qol: Klaro, 76-öz qapısına.
Fənərbağça – Kayserispor 3:3
Qollar: Taliska, 36; 79-pen. Sent-Maksimin, 64 – R.Çivelek, 7. Livakoviç, 48-öz qapısına. T.Sarıarslan, 90+4.
21 aprel
21:00. Alanyaspor – Samsunspor