Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/23 mövsümünün ilk turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Başakşəhər” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda 4 cavabsız qolla qalib gəlib.
“Ankaragücü” evdə “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
“Fənərbaxça” isə “Ümraniyəspor”u qəbul edib. Super Liqanın yeni iştirakçısı ilə oyun İstanbul təmsilçisi üçün o qədər də uğurlu alınmayıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
1-ci tur
8 avqust
Başakşəhər – Kasımpaşa 4:0
Qol: Aleksiç, 38. Şiş, 38. Şuyar, 74. D.Türüç, 74.
Ankaragücü – Konyaspor 0:0
Fənərbaxça – Ümraniyəspor 3:3
Qol: Valensiya, 19-pen; 45+2. Berişa, 90+2 – Qlumaç, 29. George, 67. Mrsiç, 73-pen.