Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Səfərdə “Kayserispor”la qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. “Konyaspor” isə evdə “İstanbulspor”a minimal hesabla uduzub. “Adana Dəmirspor” – “Fənərbaxça” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 22 turdan sonra 51 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 45 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş”ın 39, “Adana Dəmirspor”la “Trabzonspor”un 38 xalı var.
Türkiyə Super Liqası
22-ci tur
31 yanvar
Alanyaspor – Sivasspor 0:3
Qol: Yatabare, 32; 45+2. Qradel, 50.
Fatih Karagümrük – Beşiktaş 1:1
Qol: Ozdoyev, 49 – C.Tosun, 33.
1 fevral
Qaziantep – Hatayspor 4:1
Qol: Yevtoviç, 38. Markoviç, 56; 77. Merkel, 88 – El Kaabi, 27.
Kasımpaşa – Girəsunspor 5:1
Qol: Fall, 14. Eysserik, 29-pen. A.Kara, 45+5-pen; 66. Ben Uanes, 50 – Saviçeviç, 10.
Qalatasaray – Ümraniyəspor 3:2
Qol: A.Bardakçı, 32. İkardi, 60-pen; 83 – U.Nayir, 11. O.Gurbulak, 39.
Trabzonspor – Antalyaspor 2:0
Qol: Trezeqe, 34. N.Ünüvar, 90+4.
2 fevral
Kayserispor – Başakşəhər 1:0
Qol: A.Karimi, 49.
Konyaspor – İstanbulspor 0:1
Qol: C.Karayel, 67-öz qapısına.
Adana Dəmirspor – Fənərbaxça 1:1
Qol: Ndiaye, 84-pen – Valensiya, 89.