Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Fənərbaxça” doğma meydanda “Alanyaspor”u sınağa çəkib. Joze Mourinyonun yetirmələri 3 xalı 3 cavabsız qolla əldə ediblər.
4-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
4-cü tur
30 avqust
Fənərbaxça – Alanyaspor 3:0
Qollar: Tadiç, 43; 65. Dzeko, 67.
31 avqust
20:15. Konyaspor – Kayserispor
20:15. Rizəspor – Kasımpaşa
22:45. Adana Dəmirspor – Qalatasaray
22:45. Göztəpə – Bodrumspor
1 sentyabr
20:15. Başakşəhər – Antalyaspor
20:15. Eyüpspor – Trabzonspor
22:45. Beşiktaş – Sivasspor
22:45. Hatayspor – Samsunspor