Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Konyaspor” – “Sivasspor” matçında qapılara qol vurulmayıb.
Günün digər oyunu iki İstanbul nəhəngi – “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilib. Dörd qolun qeydə alındığı derbi son çempion “Qalatasaray”ın qələbəsiylə yekunlaşıb.
6-cı turun qalan görüşləri sentyabrın 22-də və 23-də keçiriləcək.
Türkiyə, Super Liqa
6-cı tur
20 sentyabr
Hatayspor – Bodrumspor 0:1
Qol: T.Seferi, 27.
21 sentyabr
Konyaspor – Sivasspor 0:0
Fənərbaxça – Qalatasaray 1:3
Qollar: Dzeko, 63-pen – Livakoviç, 20-öz qapısına. Mertens, 28. Q.Sara, 60.
22 sentyabr
18:00. Kasımpaşa – Antalyaspor
18:00. Rizəspor – Samsunspor
21:00. Adana Dəmirspor – Alanyaspor
21:00. Beşiktaş – Eyüpspor
23 sentyabr
21:00. Qaziantep – Trabzonspor
21:00. Göztəpə – Kayserispor


