Super Liqa: “Fənərbaxça” “Hatayspor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Bodrumspor” – “Kayserispor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Fənərbaxça” isə doğma meydanda qarşılaşdığı “Hatayspor”a çətinliklə qalib gəlib.

Beləliklə, 18 turdan sonra 47 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 39 xalla ikinci, “Samsunspor” 33 xalla üçüncü, “Eyüpspor” 30 xalla dördüncü, “Göztəpə” 28 xalla beşinci pillədə qərarlaşıb. “Beşiktaş”ın 27, “Başakşəhər”in 26, “Qaziantep”in 22 xalı var. “Kasımpaşa”, “Alanyaspor”, “Rizəspor” və “Antalyaspor” 21, “Konyaspor” 20, “Trabzonspor” və “Sivasspor” isə 19 xal toplayıblar.

Türkiyə, Super Liqa
18-ci tur
3 yanvar

Alanyaspor – Konyaspor 2:1
Qollar: Makuta, 9. Kordova, 54 – Kramer, 90+6.

Rizəspor – Beşiktaş 1:1
Qollar: J.Fernandes, 38-öz qapısına – E.Muçi, 45+3.

4 yanvar

Adana Dəmirspor – Başakşəhər 0:1
Qol: Davidson, 32.

Antalyaspor – Eyüpspor 1:4
Qollar: Safuri, 48 – Tiam, 32; 35. A.Kutucu, 41. Ampem, 62.

Qalatasaray – Göztəpə 2:1
Qollar: Osimhen, 10-pen. Y.Akgün, 61 – Romulo, 27.

Samsunspor – Trabzonspor 2:1
Qollar: Holse, 30; 75 – Banza, 49.

5 yanvar

Kasımpaşa – Qaziantep 2:2
Qollar: Da Kosta, 7; 41 – Okereke, 9. H.Dərvişoğlu, 83.

Bodrumspor – Kayserispor 1:1
Qollar: C.Şen, 76 – Bahoken, 48.

Fənərbaxça – Hatayspor 2:1
Qollar: En Nesiri, 16; 45+5 – Butobba, 33.

Xəbəri istədiklərinizlə paylaşın