Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Kayserispor” doğma meydanda “Sivasspor”la, “Adana Dəmirspor” isə “Rizəspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüşlərin hər ikisində qələbəni qonaqlar bayram ediblər.
“Fənərbaxça” isə səfərdə “Göztəpə” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. İlk hissənin sonlarında iki ardıcıl qol vuran İstanbul klubu qələbəni fasilədən sonra əldən verib. Əsas vaxta əlavə olunmuş təzminat dəqiqələrində qol buraxan “Fənərbaxça” yeni mövsümdə ilk xal itkisinə üzülüb.
2-ci turun qalan görüşləri avqustun 18-də və 19-da keçiriləcək.
Türkiyə, Super Liqa
2-ci tur
16 avqust
Konyaspor – Qalatasaray 1:2
Qollar: O.Ülgün, 45 – K.Aktürkoğlu, 41. B.A.Yılmaz, 59.
17 avqust
Kayserispor – Sivasspor 1:2
Qol: M.Kardozo, 14 – Radakoviç, 17; 50.
Adana Dəmirspor – Rizəspor 1:2
Qollar: Barasi, 90+7-pen – Alikulov, 41. Sou, 74.
Göztəpə – Fənərbaxça 2:2
Qollar: K.Günter, 68. Romulo, 90+5 – Dzeko, 45+3. En Nesiri, 45+7.
18 avqust
20:15. Başakşəhər – Alanyaspor
22:45. Beşiktaş – Antalyaspor
22:45. Qaziantep – Samsunspor
19 avqust
22:00. Eyüpspor – Bodrumspor
22:00. Hatayspor – Kasımpaşa