Super Liqa: “Fənərbaxça” “Kasımpaşa”nı çətinliklə məğlub etdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.

Səfərdə “Qaziantep”lə qarşılaşan “Başakşəhər” turu inamlı qələbə ilə başa vurub.

Beş qolun qeydə alındığı “Kayserispor” – “Ankaragücü” matçında meydan sahibləri qalib gəliblər.

“Konyaspor” da “Hatayspor”u məğlub yola salıb. Qonaqların heyətində 71-ci dəqiqədən etibarən azərbaycanlı hücumçu Renat Dadaşov da meydana buraxılıb.

“Fənərbaxça” isə “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri bu oyunda çətin qələbəyə seviniblər.

27-ci turun digər qarşılaşmaları qarşıdakı günlərdə baş tutacaq.

Türkiyə, Super Liqa
27-ci tur
23 fevral

Samsunspor – Rizəspor 3:0
Qollar: Van Drongelen, 12. Holse, 54. Ntçam, 78-pen.

24 fevral

Kayserispor – Ankaragücü 3:2
Qollar: Nazon, 53. Janvye, 62. Mane, 90+3 – Bassoqoq, 45. E.Bekiroğlu, 45+4.

Qaziantep – Başakşəhər 0:2
Qollar: Pyontek, 60. Abeid, 90+8.

Fənərbaxça – Kasımpaşa 2:1
Qollar: M.H.Yandaş, 64. Batşuayi, 90+6 – Poroso, 58.

Konyaspor – Hatayspor 2:0
Qollar: U.Yazğılı, 52. O.Ülgün, 56.

25 fevral

14:30. Sivasspor – Pendikspor
17:00. Fatih Karagümrük – Alanyaspor
17:00. Trabzonspor – Adana Dəmirspor
20:00. İstanbulspor – Beşiktaş

26 fevral

21:00. Qalatasaray – Antalyaspor