Super Liqa: “Fənərbaxça” Qaziantepdə tək qolla sevindi – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“İstanbulspor” – “Konyaspor” matçında hesab açılmayıb. “Antalyaspor” – “Trabzonspor” oyununda tərəflər hərəyə bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.

“Samsunspor” doğma meydanda “Sivasspor” üzərində inamlı qələbəyə sevinib.

Lider “Fənərbaxça” isə bu dəfə səfərdə “Qaziantep”i tək qolla məğlub edib.

20-ci tura sabah keçiriləcək “Qalatasaray” – “Kayserispor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
20-ci tur
13 yanvar

Ankaragücü – Kasımpaşa 3:1
Qollar: Muyakiç, 45+1. Bayiç, 64. Pedrinyo, 83 – A.Kara, 35.

Hatayspor – Pendikspor 1:1
Qollar: Rivas, 47 – Kappel, 90+4.

Başakşəhər – Alanyaspor 3:2
Qollar: D.Turuç, 35. Pyontek, 45+1. Fiqeyredo, 58 – Kordova, 2. Riçard, 61.

Beşiktaş – Fatih Karagümrük 3:0
Qollar: S.Kılıçsoy, 62. Raşiça, 65. J.Fernandes, 90+2.

Rizəspor – Adana Dəmirspor 1:0
Qol: Moçi, 54.

14 yanvar

İstanbulspor – Konyaspor 0:0

Antalyaspor – Trabzonspor 1:1
Qollar: Yeheskel, 68 – Funtas, 2.

Samsunspor – Sivasspor 2:0
Qollar: Drongelen, 4. Holse, 36.

Qaziantep – Fənərbaxça 0:1
Qol: İ.C.Kahveci, 81.

15 yanvar

21:00. Qalatasaray – Kayserispor