Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Bu oyunda qonaqlar minimal fərqlə vacib 3 xal qazanıblar. Səfərdə “Ümraniyəspor”la qarşılaşan “Fənərbaxça” da çətin qələbəyə sevinib.
20 turdan sonra 45 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 41 xalla ikinci, “Başakşəhər” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”la “Trabzonspor” 35, “Adana Dəmirspor” 34, “Konyaspor” 27, “Kayserispor” 26 xal toplayıb.
Türkiyə Super Liqası
20-ci tur
20 yanvar
Adana Dəmirspor – Girəsunspor 1:1
Qol: Ndiaye, 84 – Bayiç, 13-pen.
21 yanvar
Kasımpaşa – Başakşəhər 1:3
Qol: Y.Özcan, 16 – Aleksiç, 48. D.Türüc, 90+9. P.Şiş, 90+11.
Qalatasaray – Antalyaspor 2:1
Qol: İkardi, 49. Floranus, 59-öz qapısına – L.Adriano, 54.
22 yanvar
Qaziantep – Sivasspor 1:2
Qol: Eskihellac, 60 – Yatabare, 17. C.Osmanpaşa, 48.
Alanyaspor – Fatih Karagümrük 2:2
Qol: U.Günəş, 6. Kavalyero, 83 – Borini, 59; 79.
Kayserispor – Beşiktaş 0:2
Qol: Redmond, 2. S.Uçan, 42.
Trabzonspor – İstanbulspor 4:0
Qol: Y.Yazıcı, 33. Bartra, 48. Bakasetas, 51. Trezeqe, 64.
23 yanvar
Konyaspor – Ankaragücü 0:1
Qol: G.Zahid, 51.
Ümraniyəspor – Fənərbaxça 1:2
Qol: U.Nayir, 78 – Batşuayi, 73. Qlumaç, 89-öz qapısına.