Super Liqa: “Fənərbaxça” “Trabzonspor”u 3 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 34-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” doğma meydanda son çempion “Trabzonspor”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Beləliklə, 34 turdan sonra 76 xala malik “Qalatasaray” vahid liderdir. Liderin əsas izləyiciləri olan “Fənərbaxça” ilə “Beşiktaş”ın 71 xalı var. “Adana Dəmirspor” 63 xalla 4-cü, “Başakşəhər” 52 xalla 5-cidir. Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” 49 xal toplayıb. 7-ci pillədə qərarlaşan “Kayserispor”un da 49 xalı var. “Trabzonspor” 48, “Fatih Karagümrük” 44, “Alanyaspor” 38, “Sivasspor”, “Antalyaspor” və “Kasımpaşa” 37, “Ankaragücü” 36, “İstanbulspor” 45, “Girəsunspor” 31, “Ümraniyəspor” 27 xal toplayıb. Elitadan bu mövsümün sonunadək çəkilməyə qərar vermiş “Qaziantep”in 25, sonuncu olan “Hatayspor”un isə 23 xalı var.

Türkiyə, Super Liqa
34-cü tur
16 may

Sivasspor – Kasımpaşa 1:2
Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2
Qol: İkardi, 45+11-pen; 89.

17 may

Başakşəhər – Ümraniyəspor 1:1
Qol: Aleksiç, 4 – U.Nayir, 60-pen.

Ankaragücü – Antalyaspor 1:1
Qol: Milson, 90+3 – G.Vural, 68.

Fatih Karagümrük – Adana Dəmirspor 2:3
Qol: E.Özbir, 44-öz qapısına. Diaqne, 80 – Ndiaye, 51. Onyekuru, 76. Dreseviç, 84-öz qapısına.

18 may

Fənərbaxça – Trabzonspor 3:1
Qol: Batşuayi, 11. L.Peres, 58. E.Valensiya, 71 – Trezeqe, 79-pen.