Super Liqa: “Fənərbaxça”dan 9 qolluq matçda çətin qələbə

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Ümraniyəspor” – “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Hatayspor” evdə “Alanyaspor”u minimal hesabla üstələyib. Doqquz qolluq “Fənərbaxça” – “Fatih Karagümrük” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

9-cu tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
9-cu tur
7 oktyabr

Qaziantep – Adana Dəmirspor 1:1
Qol: Markoviç, 69 – Assombalonqa, 60.

8 oktyabr

İstanbulspor – Ankaragücü 1:2
Qol: Ethemi, 55 – E.Kılınc, 16. Sou, 90+1.

Antalyaspor – Konyaspor 1:1
Qol: Fernando, 51 – Kalvo, 90+6.

Girəsunspor – Beşiktaş 0:1
Qol: T.Sanuc, 34.

9 oktyabr

Ümraniyəspor – Kayserispor 2:2
Qol: U.Nayir, 48. T.Qlumaç, 59 – M.Kardozo, 25. Mensa, 64.

Hatayspor – Alanyaspor 1:0
Qol: B.Öksüz, 72.

Fənərbaxça – Fatih Karagümrük 5:4
Qol: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. B.Kapacak, 83.

10 oktyabr

21:00. Başakşəhər – Sivasspor
21:00. Trabzonspor – Kasımpaşa