Super Liqa: “Fənərbaxça”nın 4 futbolçusu ən yaxşılar arasında

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 26-cı turdan sonra ən yüksək reytinqə sahib oyunçuların siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, “SofaScore” portalına görə ən yüksək reytinqə sahib 10 futbolçudan ibarət siyahıda lider “Qalatasaray”ın 3, bu komandanın əsas izləyicisi “Fənərbaxça”nın isə 4 üzvü var.

Elə ən yaxşı göstərici də “Fənərbaxça”nın futbolçusu Sebastyan Şimanskiyə məxsusdur. O, 7,63 balla zirvədə qərarlaşıb.

“Fatih Karagümrük”də çıxış edən Valentin Eysserik ikinci, “Fənərbaxça”nın digər üzvü Edin Dzeko isə üçüncüdür.

“SofaScore” portalının Super Liqa üçün müəyyənləşdirdiyi ən yaxşı 10 futbolçu:

  1. Sebastyan Şimanski (Fənərbaxça) – 7,63
  2. Valentin Eysserik (Fatih Karagümrük) – 7,55
  3. Edin Dzeko (Fənərbaxça) – 7,53
  4. Kerem Aktürkoğlu (Qalatasaray) – 7,52
  5. Duşan Tadic (Fənərbaxça) – 7,45
  6. Ferdi Kadıoğlu (Fənərbaxça) – 7,43
  7. Haris Hayradinoviç (Kasımpaşa) – 7,42
  8. Aytaç Kara (Kasımpaşa) – 7,40
  9. Mauro İkardi (Qalatasaray) – 7,39
  10. Dris Mertens (Qalatasaray) – 7,38

Bahar Rüstəmzadə