Super Liqa: “Fatih Karagümrük”dən darmadağın

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 14-cü turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Hatayspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin azərbaycanlı hücumçusu Renat Dadaşov sarı vərəqə limitini doldurduğu üçün cəzalı olduğundan bu matçda komandasına kömək edə bilməyib.

“Fatih Karagümrük” isə doğma meydanda “İstanbulspor”a 3 cavabsız qolla qalib gəlib.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
14-cü tur
1 dekabr

Hatayspor – Antalyaspor 3:3
Qollar: Strandberq, 19. K.Alıcı, 62. Kilama, 71 – E.Yeşilyurt, 35. Buksa, 57; 88-pen.

Fatih Karagümrük – İstanbulspor 3:0
Qollar: Yensen, 45-öz qapısına. Mendes, 49. C.Keleş, 53.

2 dekabr

14:30. Alanyaspor – Konyaspor
17:00. Rizəspor – Başakşəhər
20:00. Adana Dəmirspor – Samsunspor
20:00. Pendikspor – Qalatasaray

3 dekabr

14:30. Kasımpaşa – Qaziantep
17:00. Trabzonspor – Kayserispor
20:00. Ankaragücü – Beşiktaş

4 dekabr

21:00. Fənərbaxça – Sivasspor