Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Qaziantep” – “Trabzonspor” matçında qapılara qol vurulmayıb. “Göztəpə” isə doğma meydanda “Kayserispor”u 3 cavabsız qolla məğlub edib.
Beləliklə, 6 turdan sonra maksimum nəticə ilə irəliləyən son çempion “Qalatasaray” 18 xalla vahid liderdir. “Fənərbaxça” və “Beşiktaş”ın hərəyə 13 xalı var. “Samsunspor” 12, “Başakşəhər” 10, “Göztəpə” və “Eyüpspor” 9, “Konyaspor”, “Sivasspor” və “Antalyaspor” 8, “Kasımpaşa”, “Alanyaspor” və “Bodrumspor” isə 6 xal toplayıblar.
Türkiyə, Super Liqa
6-cı tur
20 sentyabr
Hatayspor – Bodrumspor 0:1
Qol: T.Seferi, 27.
21 sentyabr
Konyaspor – Sivasspor 0:0
Fənərbaxça – Qalatasaray 1:3
Qollar: Dzeko, 63-pen – Livakoviç, 20-öz qapısına. Mertens, 28. Q.Sara, 60.
22 sentyabr
Kasımpaşa – Antalyaspor 0:0
Rizəspor – Samsunspor 0:1
Qol: Ntçam, 46.
Adana Dəmirspor – Alanyaspor 0:2
Qollar: Hvanq, 4; 17.
Beşiktaş – Eyüpspor 2:1
Qollar: Raşiça, 20. İmmobile, 90+3 – E.Akbaba, 64.
23 sentyabr
Qaziantep – Trabzonspor 0:0
Göztəpə – Kayserispor 3:0
Qollar: S.Altıkardaş, 13. J.Santos, 45+3. D.Erdoğan, 90+4.