Super Liqa: İstanbul klublarından hərəyə 1 qol və 1 xal

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Kasımpaşa” və “Fatih Karagümrük” komandaları üz-üzə gəliblər. İstanbul təmsilçiləri meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

26-cı turun digər görüşləri 17, 18 və 19 fevralda keçiriləcək.

Türkiyə, Super Liqa
26-cı tur
16 fevral

Kasımpaşa – Fatih Karagümrük 1:1
Qollar: Da Kosta, 11 – Eysserik, 38.

17 fevral

14:30. Antalyaspor – İstanbulspor
17:00. Hatayspor – Sivasspor
20:00. Rizəspor – Fənərbaxça

18 fevral

14:30. Alanyaspor – Adana Dəmirspor
17:00. Qaziantep – Samsunspor
17:00. Pendikspor – Trabzonspor
20:00. Ankaragücü – Qalatasaray

19 fevral

21:00. Başakşəhər – Kayserispor
21:00. Beşiktaş – Konyaspor