Super Liqa: “İstanbulspor” “Girəsunspor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 32-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

32-ci tura “İstanbulspor” – “Girəsunspor” matçı ilə yekun vurulub. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Beləliklə, 32 turdan sonra 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 67 xalla ikinci, “Beşiktaş” isə 65 xalla üçüncü pillədə qərarlaşıb.

“Adana Dəmirspor”un 57, “Başakşəhər”in 51, “Kayserispor”un 48, Mahir Emrelinin də formasını geyindiyi “Konyaspor”un, eləcə də “Trabzonspor”un 45, “Fatih Karagümrük”ün 41 xalı var. “Alanyaspor” 38, “Sivasspor” 37, “Antalyaspor” 36, “Ankaragücü” 35, “Kasımpaşa” 34, “İstanbulspor” 32 xal toplayıb.

Türkiyə Super Liqası
32-ci tur
28 aprel

Alanyaspor – Ümraniyəspor 1:0
Qol: Koka, 4.

29 aprel

Fatih Karagümrük – Antalyaspor 0:1
Qol: D.Sinik, 21.

Konyaspor – Trabzonspor 2:1
Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.

Ankaragücü – Kasımpaşa 0:0

Sivasspor – Fənərbaxça 1:3
Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.

30 aprel

Beşiktaş – Qalatasary 3:1
Qol: Sayss, 35. Hacıahmetoviç, 58. Abubakar, 90+3 – İkardi, 20.

1 may

İstanbulspor – Girəsunspor 1:0
Qol: Eze, 10.