Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi İrfan Buz ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 54 yaşlı mütəxəssislə bir illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatacaqdı.
Qeyd edək ki, İrfan Buz “Yeni Malatyaspor”u bu ilin mart ayından çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqada geridə qalan mövsümü 40 oyuna topladığı 45 xalla 15-ci pillədə başa vurub. Buz komandanı qəbul edərkən, Malatya təmsilçisi 28 oyuna topladığı 31 xalla 13-cü pillədə qərarlaşmışdı.