Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər. Günün digər matçı isə “Fatih Karagümrük”lə “Girəsunspor” arasında keçirilib. Tərəflər hərəyə 1 qol vurduqları bu oyundan 1 xalla ayrılıblar.
Bu turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Super Liqası
6-cı tur
9 sentyabr
Alanyaspor – Ankaragücü 2:1
Qol: Koka, 65. E.Bəkiroğlu, 87 – Y.Gureler, 69.
10 sentyabr
Konyaspor – Hatayspor 1:0
Qol: B.Paz, 66.
Fatih Karagümrük – Girəsunspor 1:1
Qol: Diaqne, 90+2 – Bayiç, 75.
11 sentyabr
18:00. Sivasspor – İstanbulspor
21:00. Qaziantep – Ümraniyəspor
21:00. Kasımpaşa – Qalatasaray
21:00. Kayserispor – Antalyaspor
12 sentyabr
20:00. Beşiktaş – Başakşəhər
22:30. Adana Dəmirspor – Trabzonspor