Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kayserispor” – “Sivasspor” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
Səfərdə “İstanbulspor”un qonağı olan lider “Fənərbaxça” darmadağınla qalib gəlib.
Super Liqanın şərikli lideri “Qalatasaray” da “Konyaspor”la ev oyununda 3 cavabsız qola sevinib.
Beləliklə, 19 turdan sonra 47 xala malik “Fənərbaxça” və “Qalatasaray” komandaları şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 33 xalla üçüncü pillədə qərarlaşıb.
“Kayserispor”, “Rizəspor” və “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 28, “Kasımpaşa”nın 26, “Antalyaspor”un 25, “Sivasspor”un 24, “Alanyaspor”un 21, “Ankaragücü”, “Başakşəhər” və “Qaziantep”in 20, “Hatayspor”un 19, “Konyaspor” və “Samsunspor”un 18, “Fatih Karagümrük”ün 17, “Pendikspor”un 15, sonuncu olan “İstanbulspor”un isə 5 xalı var.
Türkiyə, Super Liqa
19-cu tur
5 yanvar
Qaziantep – Pendikspor 2:2
Qollar: Draquş, 12. O.Özçiçek, 49 – E.Özgənc, 77. E.Yardımcı, 80.
Antalyaspor – Alanyaspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41; 80; 83.
6 yanvar
Rizəspor – Hatayspor 2:0
Qollar: Vareşanoviç, 19. Olavoyin, 82.
Başakşəhər – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 0:1
Qol: E.Vişça, 30.
Samsunspor – Fatih Karagümrük 1:0
Qol: E.Kara, 84.
7 yanvar
Kayserispor – Sivasspor 1:3
Qollar: Bahoken, 42 – A.Kocaman, 23-öz qapısına. Manay, 90+3-pen; 90+8.
İstanbulspor – Fənərbaxça 1:5
Qollar: M.Sarıkaya, 32 – C.Ündər, 6; 34; 44; 46. Dzeko, 45+1.
Qalatasaray – Konyaspor 3:0
Qollar: A.Bardakçı, 63; 90+3. Zaha, 90.