Super Liqa: “Qalatasaray” “Beşiktaş”ı məğlub yola saldı

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan minimal hesabla məğlub ayrılıb.

“Girəsunspor” “Qaziantep”lə ev oyununda çətin qələbəyə sevinib.

Bu tur İstanbul derbisiylə əlamətdar olub. Avropa Liqasında çətin “Barselona” səfərindən sərfəli nəticə ilə dönən “Qalatasaray” doğma meydanda “Beşiktaş”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
29-cu tur
12 mart

Hatayspor – Fatih Karagümrük 3:0
Qol: Lobjanidze, 29. El Kaabi, 34; 55.

Altay – Yeni Malatyaspor 1:0
Qol: Payşao, 44-pen.

Kasımpaşa – Rizəspor 3:1
Qol: Mabil, 27. U.Bozok, 71. Fall, 74 – S.Ay, 65.

Trabzonspor – Göztəpə 4:2
Qol: Nvakaeme, 34. A.Ömür, 37; 53. Djanini, 49 – H.Akbunar, 31. S.Aydoğdu, 43.

13 mart

Kayserispor – Konyaspor 2:3
Qol: A.Parmak, 7. Qavranoviç, 14 – Gilyerme, 41-pen. Çikalleşi, 52; 61.

Adana Dəmirspor – Sivasspor 2:3
Qol: Stambuli, 58. Balotelli, 68-pen – P.Enrike, 28; 54; 90+2-pen.

Alanyaspor – Fənərbaxça 2:5
Qol: T.Bingöl, 53; 67 – D.Rossi, 26. M.Özil, 50. A.Güler, 78. Pelkas, 90. Berişa, 90+4.

14 mart

Başakşəhər – Antalyaspor 0:1
Qol: Rayt, 20.

Girəsunspor – Qaziantep 2:1
Qol: Serjinyo, 6. Çikinyo, 79 – Maksim, 40-pen.

Qalatasaray – Beşiktaş 2:1
Qol: K.Aktürkoğlu, 22; 32 – R.Yılmaz, 85.