Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Başakşəhər” doğma meydanda “Eyüpspor”u sınağa çəkib. Bu komandalar yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun qapanış və mərkəzi oyununda isə son çempion və lider “Qalatasaray” əzəli rəqiblərindən biri olan “Beşiktaş”ı qəbul edib. Cari mövsümün naməğlub komandalarının görüşündə sevinən tərəf “Qalatasaray” olub. Üç qolun qeydə alındığı oyunda çempion 2:1 hesabıyla qalib gəlib.
Beləliklə, 10 turdan sonra 28 xala malik “Qalatasaray” vahid liderdir. “Samsunspor” 22 xalla 2-ci pillədə qərarlaşıbsa, “Fənərbaxça” ilə “Beşiktaş”ın 20 xalı var.
Türkiyə, Super Liqa
10-cu tur
25 oktyabr
Adana Dəmirspor – Sivasspor 2:4
Qollar: Y.Barasi, 13. S.Güler, 16 – Koita, 38. Q.Rodriqes, 61. Manay, 66. Radakoviç, 88.
26 oktyabr
Hatayspor – Kayserispor 0:1
Qol: K.Yılmaz, 76.
Kasımpaşa – Samsunspor 1:4
Qollar: A.Kara, 31 – Holse, 67; 77. S.Aydoğdu, 71. Tait, 86.
Göztəpə – Trabzonspor 2:1
Qollar: Solet, 60. Tiyaniç, 90+2 – Banza, 64-pen.
27 oktyabr
Qaziantep – Konyaspor 3:1
Qollar: E.Ersoy, 28. Lunqoyi, 61. Soresku, 81 – Ndao, 13.
Alanyaspor – Antalyaspor 1:2
Qollar: Hvanq, 25 – Djenepo, 62. Qaiç, 75.
Fənərbaxça – Bodrumspor 2:0
Qollar: En Nesiri, 15. Dzeko, 55.
28 oktyabr
Başakşəhər – Eyüpspor 1:1
Qollar: Opoku, 59-pen – Tiam, 28.
Qalatasaray – Beşiktaş 2:1
Qollar: D.Sançes, 13. Osimhen, 67 – Muçi, 90+4.


