Super Liqa: “Qalatasaray” “Fənər”i 3 qolla məğlub etdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 37-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında çempionluğu təmin etmiş “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gəlib. “Sarı-qırmızılar” bu oyunda darmadağına seviniblər.

Beləliklə, sona bir tur qalmış 85 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” və “Beşiktaş” 77 xalla 2-3-cü pillələri bölüşürlər. “Adana Dəmirspor”un 66, “Başakşəhər”in 59, “Trabzonspor”un 57 xalı var.

Azərbaycanlı futbolçu Mahir Emrelinin də sıralarında yer aldığı “Konyaspor” 50 xalla 7-ci pillədə qərarlaşıb. “Fatih Karagümrük” 48, “Kayserispor” 46, “Kasımpaşa” 43, “Ankaragücü” 42, “Antalyaspor”la “Alanyaspor” 41, “Sivasspor” 40, “İstanbulspor” 38, “Girəsunspor” 37, “Ümraniyəspor” 30 xal toplayıb. Bu mövsüm Super Liqanı yarıda tərk edən “Qaziantep” 25 xalla 18-ci, “Hatayspor” isə 23 xalla sonuncudur.

Türkiyə, Super Liqa
37-ci tur
3 iyun

Konyaspor – Fatih Karagümrük 1:1
Qol: Moreno, 40 – Diaqne, 45+4.

Adana Dəmirspor – Başakşəhər 2:3
Qol: Stambuli, 7. Morel, 48 – Keni, 10; 86. Fiqeyredo, 26.

Kasımpaşa – Beşiktaş 2:5
Qol: A.Kara, 62. Donk, 86 – J.Fernandes, 19. C.Tosun, 30. Abubakar, 49. T.Bingöl, 79. Hatçinson, 90+13-pen.

Kayserispor – Ankaragücü 0:1
Qol: Kitsiu, 24.

Trabzonspor – Alanyaspor 5:1
Qol: Trezeqe, 18. Hamşik, 24-pen. Bakasetas, 32. Larsen, 35. U.Bozok, 58 – U.Günəş, 14.

Ümraniyəspor – Girəsunspor 0:1
Qol: Bayiç, 45.

4 iyun

Qalatasaray – Fənərbaxça 3:0
Qol: Zaniolo, 28; 79. İkardi, 71.